Cəmiyyət

Neftçalada boru partladı, rayon susuz qaldı

23 Nov 2026, 20:21 2 baxış Admin
Neftçalada boru partladı, rayon susuz qaldı

Neftçala rayonunda içməli su təminatında fasilələr yaranacaq.

News24.az xəbər verir ki, rayonunun su təminatını təmin edən diametri 500 mm olan su xəttində baş verən qəza ilə əlaqədar rayon ərazisinə içməli suyun verilişi müvəqqəti olaraq dayandırılıb.

Hazırda qəzanın aradan qaldırılması istiqamətində müvafiq işlər həyata keçirilir. Təmir-bərpa işləri başa çatdıqdan sonra suyun verilişi bərpa olunacaq.

Qeyd edək ki, bir müddət əvvəl də rayonu təmin edən su xəttində qəza baş vermişdi.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər