Cəmiyyət

Şəhid qardaşı şəhid bacısı ilə evləndi - Fotolar

22 Nov 2026, 22:22 3 baxış Admin
Şəhid qardaşı şəhid bacısı ilə evləndi - Fotolar

Biləsuvarda şəhid Ziyarət Hüseynovun qardaşı Vüqarla şəhid Zöhrab Kərimovun bacısı Günel ailə həyatı qurublar.

News24.az xəbər verir ki, rayonun şadlıq saraylarından birində keçirilən məclisdə şəhid ailələri, rayon ictimaiyyətinin nümayəndələri və ölkəmizin müxtəlif bölgələrindən gələn qonaqlar bir araya gələrək şəhidlərimizin doğmalarına mənəvi dəstək olub, onlara sevinc dolu anlar yaşadıblar.

Bu əlamətdar gündə iştirak edənlər gənclərin xoşbəxtliyinə şərik olub, onlara uzunömürlü, sevgi və səadət dolu ailə həyatı arzulayıblar.

Qeyd edək ki, hər iki şəhidimiz 2022-ci il sentyabrın 12-dən 13-nə keçən gecə Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan dövlət sərhədinin müxtəlif istiqamətlərində törətdiyi genişmiqyaslı təxribatın qarşısını alarkən qəhrəmancasına şəhid olublar.//qafqazinfo.az

Content Image
Content Image
Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər