İdman

İlham Zəkiyev Qran-Pridə bürünc medal qazandı

22 Nov 2026, 00:19 10 baxış Admin
İlham Zəkiyev Qran-Pridə bürünc medal qazandı

Misirin İsgəndəriyyə şəhərində keçirilən paracüdo üzrə Qran-Pri yarışında J1 kateqoriyası, +95 kq çəki dərəcəsində mübarizə aparan İlham Zəkiyev bürünc medal qazanıb.

Bu barədə News24.az-a Azərbaycan Milli Paralimpiya Komitəsindən məlumat verilib.

Paracüdoçumuz 1/8 finalda britaniyalı Dan English üzərində qələbə qazanıb, 1/4 finalda moldovalı İan Basoka məğlub olub.

Təsəlliverici görüşdə özbəkistanlı Ulmas Rayimovu üstələyən İlham Zəkiyev bürünc medal uğrunda qarşılaşmada qazaxıstanlı Baqlanbek Onalbekə qalib gəlib.


Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər