Prezident İlham Əliyev qanuna dəyişiklikləri təsdiqlədi
05 Nov 2026, 15:27
6 baxış
Admin
Azərbaycan Prezidenti İlham Əliyev “Qismən yenilənmiş Radiorabitə Reqlamenti və onun əlavələri”nin təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Qanununu imzalayıb.
"Bakupost" xəbər verir ki, Milli Məclis tərəfindən Konstitusiyanın 95-ci maddəsinin I hissəsinin 4-cü bəndinə uyğun olaraq qəbul edilən qanunla, Beynəlxalq Telekommunikasiya İttifaqının Ümumdünya Radiorabitə Konfransının Yekun Aktları əsasında yenilənmiş sənəd rəsmən təsdiq olunub.
Mənbə:
bakupost.az