Türk lirəsi rekord səviyyədə ucuzlaşdı
04 Nov 2026, 17:03
1 baxış
Admin
Türk lirəsi dollar qarşısında ucuzlaşmaqda davam edir.
News24.az xəbər verir ki, noyabrın 4-də səhər saatlarında İstanbul birjasında dolların məzənnəsi 50,02 lirəyə çatıb.
Bu, əvvəlki günlə müqayisədə 0,05 faiz artım deməkdir.
2026-cı ilin əvvəlindən Türkiyə lirəsi dollar qarşısında dəyərinin 18 faizindən çoxunu itirib.
2025-ci ildə isə lirənin dəyəri təxminən dörddə bir azalıb.
Türkiyə Mərkəzi Bankının sorğusunda iştirak edən bazar iştirakçılarının proqnozlarına görə, ilin sonuna dolların məzənnəsi 51,5 lirəyə çata bilər.
“Goldman Sachs”, “Deutsche Bank” və “Commerzbank” da daxil olmaqla beynəlxalq maliyyə institutları türk lirəsinin daha da ucuzlaşacağını və dolların 52 lirə və ya daha yüksək səviyyəyə çatacağını gözləyirlər.
Mənbə:
news24.az