Cəmiyyət

Dizellə işləyən maşınlar qadağan edilir?

04 Nov 2026, 15:39 1 baxış Admin
Dizellə işləyən maşınlar qadağan edilir?

“Ölkəmizdə “Avro-5" ilə bağlı hətta 10 il əvvəl bu qərar var. İndi də bizdə hazırda onsuz da "Avro-5"-dən köhnə avtomobil gətirmək olmaz. Üstəlik, bizdə 8 ildir hazırda; 5 il yox, 8 ildir”.
"Bakupost" xəbər verir ki, bu sözləri “Yeni Sabah”a açıqlamasında nəqliyyat məsələləri üzrə ekspert Raqif Raufoğlu deyib.
O bildirib ki, əsas problem dizel mühərrikli maşınlarla bağlıdır:
“Sürücülər bildirirlər ki, yeni, lakin keyfiyyətsiz Çin maşınları və ya digər markalar əvəzinə, 10 il sürülmüş keyfiyyətli avtomobilləri, məsələn, "Mercedes" gətirmək daha məqsədəuyğundur. Dövlətin əsas prioriteti avtomobil parkının yenilənməsi olduğu üçün 8 yaşından köhnə avtomobillərin ölkəyə gətirilməsinin qadağan edilməsi düzgün qərardır. Lakin əsas problem dizel mühərrikli maşınlarla bağlıdır, çünki "Avro-5" və "Avro-6" standartlarına cavab verməyən avtomobillərin gətirilməsi qadağandır”.
Ekspert əlavə edib ki, gömrükdə kağız üzərində işləyən bu qərar ölkə daxilində nəzarətsiz qalır:
“Bu maşınların üzərində zəhərli qazların atmosferə atılmasının qarşısını alan “adblue” və DPF kimi xüsusi aqreqatlar mövcuddur. Maşınlar gətirildikdən bir müddət sonra yerli yanacaqla yaxşı işləmədiyindən sürücülər məcbur qalıb həmin sistemləri ləğv edirlər və nəticədə avtomobil "Avro-2" standartına düşür. Gömrükdə kağız üzərində işləyən bu qərar ölkə daxilində nəzarətsiz qalır və başqa çıxış yolu olmayan sürücülər zəhərli tullantıları atmosferə ataraq hərəkət etməyə məcbur olurlar, bu da qərarın heç bir məntiqi əsasının qalmadığını göstərir”.
Qeyd edək ki, Qazaxıstanın Nəqliyyat Nazirliyi fiziki şəxslər tərəfindən şəxsi istifadə üçün idxal edilən avtomobillərə dair yeni tələblər müəyyən edib. Tələblərə əsasən, nəqliyyat vasitələri "Avro-5"dən aşağı olmayan ekoloji standartlara uyğun olmalı və istehsal tarixindən etibarən beş ildən köhnə olmamalıdır.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər