Cəmiyyət

Yeni qaz cihazları ilə bağlı tələblər: Köhnə kombilər dəyişdirilməlidir?

03 Nov 2026, 09:00 2 baxış Admin
Yeni qaz cihazları ilə bağlı tələblər: Köhnə kombilər dəyişdirilməlidir?

Azərbaycanda noyabrın 6-dan qaz plitələri, kombilər və su qızdırıcıları üçün yeni təhlükəsizlik tələblərinin qüvvəyə minməsi nəzərdə tutulur. Dəyişikliklər bazara daxil olan qaz cihazlarının təhlükəsizliyinin təmin edilməsinə yönəlib.
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Bakupost”a bildirib ki, əvvəllər təhlükəsizliyi təmin olunmalı malların siyahısı Nazirlər Kabinetinin 343 saylı qərarı ilə tənzimlənirdi. 2021-ci ildə həmin qərar ləğv edilib və onun əvəzinə məhsulların təhlükəsizliyini təmin edən texniki reqlamentlərin hazırlanmasına başlanılıb.
Onun sözlərinə görə, qaz cihazları ilə bağlı yeni tələblər Azərbaycanın əmtəə bazarına təhlükəli məhsulların daxil olmasının qarşısını almaq baxımından mühüm addımdır. Yeni qaydalar bazara çıxarılan cihazların təhlükəsizlik standartlarına uyğunluğunu təmin etməyə xidmət edir.
Eyyub Hüseynov qeyd edib ki, mövcud köhnə qaz cihazlarından istifadənin qadağan olunması barədə məlumatı yoxdur. Vətəndaşlardan hazırda istifadə etdikləri cihazları məcburi şəkildə dəyişdirmələri də gözlənilmir. Prosesin mərhələli şəkildə həyata keçirilməsi nəzərdə tutulur.
O bildirib ki, illər ərzində istehlakçılardan qaz cihazları ilə bağlı çoxsaylı şikayətlər daxil olub. Xüsusilə müasir qaz cihazlarının şüşə örtüklərinin partlaması, isidici avadanlıqların sıradan çıxması, onların dəyişdirilməsi və geri qaytarılması ilə bağlı problemlər yaşanıb. Onun fikrincə, yeni təhlükəsizlik tələbləri bu cür halların qarşısının alınmasına kömək edəcək.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər