Meşədə yanmış meyiti tapılan şəxs məmur imiş
03 Nov 2026, 10:48
1 baxış
Admin
Oğuzda meşədə yanmış meyiti tapılan Aqil Rəsulov vəzifəli şəxs imiş.
“Bakupost” Ölkə.az-a istinadən xəbər verir ki, o, Həbib Babayev adına 1 nömrəli tam orta məktəbin təsərrüfat işləri üzrə direktor müavini vəzifəsində çalışırmış.
Hadisənin təfərrüatı hələlik məlum deyil.
Mənbə:
bakupost.az