Cəmiyyət

Elsevər İbadova yüksək vəzifə verildi

02 Nov 2026, 10:58 1 baxış Admin
Elsevər İbadova yüksək vəzifə verildi

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki Müdafiə Sənayesi Tədqiqat və İnnovasiya Mərkəzinin (MSTİM) Tədqiqat proqramları və insan kapitalının inkişafı ofisinə yeni direktor təyin olunub.

News24.az xəbər verir ki, bu vəzifəyə dosent Elsevər İbadov təyinat alıb.

O, yeni təyinatından əvvəl 2024-cü ilin martından etibarən Müdafiə Sənayesi Nazirliyinin Milli Aerokosmik Agentliyində maliyyə və mühasibat uçotu şöbəsinin rəhbəri vəzifəsində fəaliyyət göstərib.

E.İbadov 2022-ci ilin sentyabrından 2026-cı ilin sentyabrınadək Bakı Mühəndislik Universitetində dosent, 2019-cu ilin fevralından 2024-cü ilin fevralınadək həmin universitetdə dekan müavini, 2017-ci ilin fevralından 2022-ci ilin sentyabrınadək isə baş müəllim olub.

O, 2023-cü ilin yanvarından 2026-cı ilin yanvarınadək ADA Universitetində dəvətli müəllim, 2016-cı ilin sentyabrından 2023-cü ilin yanvarınadək Azərbaycan Dövlət İqtisad Universitetində baş müəllim vəzifəsində çalışıb. 2018-ci ilin sentyabrından 2019-cu ilin fevralınadək Xəzər Universitetində İqtisadiyyat və menecment kafedrasının müdiri olub./ iqtisadiyyat.az/

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər