Gəncədə “Baku Bus” qəza törətdi - Fotolar
31 Oct 2026, 14:38
6 baxış
Admin
Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin F. Xoyski ilə Rüzügar Qasımov küçələrinin kəsişməsində qeydə alınıb.
Belə ki, 19 saylı marşrut üzrə hərəkət edən “Baku Bus”a məxsus avtobus “KİA” markalı maşınla toqquşub.
Sərnişin avtobusu daha sonra ağaca çırpılıb.
Qəza zamanı xəsarət alan olmasa da, hər iki nəqliyyata ciddi ziyan dəyib.
Faktla bağlı araşdırma başlanılıb./Qafqazinfo/
Mənbə:
news24.az