68 yaşlı kişini cərəyan vuraraq öldürdü
31 Oct 2026, 11:30
6 baxış
Admin
Gəncədə bədbəxt hadisə baş verib.
News24.az xəbər verir ki, hadisə şəhərin Adil İsgəndərov küçəsində qeydə alınıb.
Şəhər sakini 1958-ci il təvəllüdlü C.Əlizadə yaşadığı evin zirzəmisində iş görən zaman elektrik cərəyanı onu vurub. 68 yaşlı kişi hadisə yerində ölüb.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda araşdırma aparılır./APA/
Mənbə:
news24.az