İdman

" Ronaldo yadplanetlidir"

31 Oct 2026, 12:04 7 baxış Admin
" Ronaldo yadplanetlidir"

Ukraynalı boksçu Oleksandr Usik portuqaliyalı futbolçu Kriştiano Ronaldonu yadplanetliyə bənzədib.

News24.az xəbər verir ki, “Daily Mail”in məlumatına görə, Usik Səudiyyə Ərəbistanının “Əl-Nəsr” və “Əl-Xolud” komandaları arasında keçirilən oyunu izləyib. Görüşdə Ronaldo het-trik edib, “Əl-Nəsr” isə 5:3 hesabı ilə qalib gəlib.

Usik sosial şəbəkədə matçla bağlı paylaşım edərək “Möhtəşəm oyun. Kriştiano yadplanetlidir” sözlərini yazıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər