Gecikən Bakı-Xırdalan qatarı ilə bağlı daha bir məlumat
30 Oct 2026, 22:49
8 baxış
Admin
Bu gün saat 19:00 radələrində Dərnəgül dayanacağında elektrik xəttində gərginlik olmadığı üçün iki qatarın hərəkətində gecikmə qeydə alınıb.
News24.az xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-dən məlumat verilib.
Sərnişinlərin mənzil başına təhlükəsiz çatdırılması məqsədilə dərhal operativ tədbirlər görülüb.
Bakı-Xırdalan xətti ilə qatarların normal hərəkəti bərpa edilib.
Mənbə:
news24.az