"Sabah"dan bu mövsümün ilk məğlubiyyəti
30 Oct 2026, 20:33
9 baxış
Admin
Bu gün Misli Premyer Liqasında 10-cu tura start verilib.
News24.az xəbər verir ki, ilk oyun günündə 1 görüş keçirilib.
Turun mərkəzi oyunu hesab edilən qarşılaşmada 4-cü pillədə qərarlaşan "Turan Tovuz" lider "Sabah"ı qəbul edib. Gərgin keçən matçda Tovuz təmsilçisi 3:2 hesablı qələbə qazanıb. Bu, "Sabah"ın cari mövsüm çempionatda ilk məğlubiyyəti olub.
Mənbə:
news24.az