Mingəçevirdə 42 yaşlı kişi ürəyindən bıçaqlandı
30 Oct 2026, 20:16
9 baxış
Admin
Mingəçevirdə kişi aldığı ağır bıçaq xəsarətindən sonra vəfat edib.
News24.az Oxu.Az-a istinadən xəbər verir ki, hadisə Günəşli yaşayış massivində qeydə alınıb.
Belə ki, 1984-cü il təvəllüdlü Xəyal Bayramov ürək nayihəsindən aldığı bıçaq xəsarəti ilə xəstəxanaya çatdırılıb. Lakin onun həyatını xilas etmək mümkün olmayıb.
Hadisənin təfərrüatı dəqiqləşdirilir.
Faktla bağlı araşdırma aparılır.
Mənbə:
news24.az