Naxçıvanda maşın 9 yaşlı uşağı vurdu
30 Oct 2026, 17:26
8 baxış
Admin
Naxçıvanda avtomobil 9 yaşlı uşağı vurub.
News24.az xəbər verir ki, hadisə şəhərin Əziz Əliyev küçəsində, Olimpiya İdman Kompleksinin qarşısında baş verib.
"Maple" markalı avtomobil yolu qarşı tərəfə keçən 2017-ci il təvəllüdlü N.Oruclunu vurub. Xəsarət alan 9 yaşlı uşaq Naxçıvan Muxtar Respublika Mərkəzi Uşaq Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır./Unikal/
Mənbə:
news24.az