Ağdaşda “Avropa Beynəlxalq Hospitalı”nın yeni filialı istifadəyə verilib
30 Oct 2026, 16:50
9 baxış
Admin
Ağdaş şəhərində müasir tibbi avadanlıqlarla təchiz olunmuş “Avropa Beynəlxalq Hospitalı”nın yeni filialının təntənəli açılış mərasimi keçirilib.
Açılış mərasimində çıxış edənlər rayon sakinlərinə göstərilən səhiyyə xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, əhalinin müasir tibbi diaqnostika və müalicə imkanlarına əlçatanlığının təmin edilməsi istiqamətində atılan bu addımın böyük əhəmiyyət kəsb etdiyini vurğulayıblar.
Yeni açılan filiada sakinlərin dəqiq diaqnostikası və effektiv müalicəsi üçün geniş profilli şöbələr – laboratoriya, radiologiya, Rentgen və UZİ, cərrahiyyə, oftalmologiya (Göz xəstəlikləri), LOR (Qulaq-Burun-Boğaz), ginekologiya, travmatologiya, kardiologiya, endokrinologiya, pediatriya, stomatologiya, kosmetologiya, ozonoterapiya şöbələri fəaliyyət göstərəcək.
Açılış lentinin kəsilməsindən sonra qonaqlar tibb müəssisəsində yaradılan şəraitlə, müasir diaqnostik cihazlarla yaxından tanış olublar.
Yeni filial sakinlərə yüksək ixtisaslı həkim heyəti və müasir standartlara cavab verən tibbi xidmətlərlə fəaliyyət göstərəcək.
Mənbə:
bakupost.az