Cəmiyyət

Qatarlarda ən çox hansı əşyaları unuduruq?

29 Oct 2026, 23:44 15 baxış Admin
Qatarlarda ən çox hansı əşyaları unuduruq?

Yanvarın 1-dən oktyabrın 15-dək sərnişin qatarlarında 800-dən çox əşya unudulub.

"Bakupost" xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” məlumat yayıb.
Məlumata görə, bu, orta hesabla ayda 80-90 əşyanın qatarlarda unudulması deməkdir.“Azərbaycan Dəmir Yolları”nın məlumatına görə, sərnişinlərin ən çox unutduğu əşyalar geyim və aksessuarlar, çantalar, telefon və adapterlər, sənədlər, bank kartları, eləcə də, yemək qablarıdır. Ən çox əşya unudulan əşyalar Bakı-Sumqayıt, Bakı-Tbilisi və Bakı-Gəncə marşrutlarında qeydə alınır. Unudulan əşyaların 250-yə yaxını (təxminən 30%-i) əməkdaşlarımız tərəfindən sahiblərinə təhvil verilib. Qalanları isə hələ də sahiblərini gözləyir.
Sərnişinlərə qatardan düşərkən diqqətli olmaq və əşyalarını götürməyi unutmamaq tövsiyə olunur.Qatarda, yaxud vağzal ərazisində əşyalarını unudan sərnişinlər vağzal növbətçisinə və ya 1822 Əlaqə Mərkəzinə müraciət edə bilərlər.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər