Kriminal

Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

28 Oct 2026, 23:46 13 baxış Admin
Ucarda maşınlar toqquşdu - Xəsarət alan var

Ucar rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

News24.az xəbər verir ki, hadisə  rayonun Oğuz küçəsində olub.

Belə ki, Ucar rayonunun Alpı kənd sakini 1985-ci il təvəllüdlü Pərviz Mehmanovun idarə etdiyi “VAZ-2106” markalı avtomobillə Masallı rayon sakini 1997-ci il təvəllüdlü Yaqub Yaqubovun idarə etdiyi “Opel” markalı avtomobil toqquşub.

Qəza nəticəsində “VAZ-2106” markalı avtomobildə olan sərnişin, Ucar rayon sakini, 1967-ci il təvəllüdlü Güldana Cəfərova xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər