Qəzada xəsarət alan gənc öldü
27 Oct 2026, 19:52
18 baxış
Admin
Ötən gün Nefçala rayonunda ağır yol qəzasında xəsarət alan gənc ölüb.
News24.az xəbər verir ki, avtobusla minik maşınının toqquşması nəticəsində xəsarət alaraq xəstəxanaya yerləşdirilən rayonun Kürkənd sakini, 2005-ci il təvəllüdlü Hacıbaba Əhmədli müalicə aldığı rayon xəstəxanasında bu gün vəfat edib.
Faktla bağlı araşdırma aparılır. /Qafqazinfo
Mənbə:
news24.az