Azərbaycan neftinin qiyməti 128 dollara yaxınlaşdı
27 Oct 2026, 09:48
18 baxış
Admin
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 1,01 ABŞ dolları və ya 0,8 % artaraq 127,6 ABŞ dolları təşkil edib.
Bu barədə News24.az-a neft bazarındakı mənbə məlumat verib.
Hərracların nəticələrinə görə, "Brent" markalı neftin dekabr fyuçerslərinin qiyməti 127,97 ABŞ dolları təşkil edib.
Mənbə:
news24.az