Xəzərin suyunda naməlum köpüklənmə ilə bağlı açıqlama - Video
25 Oct 2026, 18:04
2 baxış
Admin
Son günlər Xəzər dənizinin suyunda köpüklənmə müşahidə edilir. Yaranmış vəziyyət sahilboyu su hissəsini əhatə edir.
News24.az xəbər verir ki, məsələ ilə bağlı Oxu.Az-ın sorğusuna cavab olaraq Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarət Xidmətindən bildirilib ki, qurumun əməkdaşları tərəfindən əraziyə baxış keçirilib:
"Sudan nümunələr götürülüb və xidmətin tabeliyində fəaliyyət göstərən Mərkəzi Laboratoriyaya təqdim edilib. Analizlərin nəticələri açıqlandıqdan sonra ictimaiyyətə geniş məlumat veriləcək".
Həmin görüntüləri təqdim edirik:
Mənbə:
news24.az