Cəmiyyət

Hava ilə bağlı son məlumat

24 Oct 2026, 11:38 1 baxış Admin
Hava ilə bağlı son məlumat

Şahdağ və Kəlbəcərin yüksək dağlıq ərazilərinə qar yağıb.


"Bakupost" xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Qeyd edilib ki, ölkə ərazisinin əksər yerlərində hava şəraiti yağıntılı keçib. Ayrı-ayrı yerlərdə yağıntılar leysan xarakterli intensiv və güclü olub. Qar örtüyünün hündürlüyü Şahdağda 3 sm-dir.
Bakıda və Abşeron yarımadasında 7 mm-dək yağıntı qeydə alınıb.
Respublikanın rayonlarında düşən yağıntının miqdarı:
Kişçayda (Şəki) 47, Zaqatalada 44, Sarıbaşda (Qax) 17, Ağsuda 7, Xızı, Hacıqabulda 6, Qobustan, Oğuz, Balakən, Şamaxı, Qusar, Xınalıq, Saatlı, Quba, Xaltan, Şahbuz, Culfa, Ordubad, Gədəbəy, Göygöl, Şəmkir, Tovuz, Göyçay, Sabirabad, Salyan, Astara, Lerik, Şabran, Bərdə, Göyçay, Zərdab, Beyləqan, Biləsuvar, Astara, İmişli, Kürdəmir, Qrız, Ağdam, Qubadlı, Füzuli, Kəlbəcər, Zəngilan, Şuşada 4 mm-dək qeydə alınıb.
Oktyabrın 23-də saat 23:15 radələrində Şəki rayonunun Oxud və Kişçay kəndlərinə diametri 5-7 mm olan dolu düşüb.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər