Dünya

Almaniya Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin şərtlərini açıqladı

24 Oct 2026, 11:10 1 baxış Admin
Almaniya Ukrayna ilə Rusiya arasında sülh müqaviləsinin şərtlərini açıqladı

Almaniyanın Ukraynadakı səfiri Boris Ruge Moskva ilə Kiyev arasında Avropa üçün məqbul hesab edilə biləcək sülh müqaviləsinin əsas prinsiplərini açıqlayıb.

News24.az xəbər verir ki, diplomat bu barədə “Avropa Pravdası” nəşrinə danışıb.

Ruge bildirib ki, Almaniyanın mövqeyinə görə, Ukrayna suverenliyini və müstəqilliyini qoruyub saxlamalı, demokratik dövlət kimi öz gələcəyini və inkişaf istiqamətini sərbəst müəyyənləşdirməlidir.

“Bizim mövqeyimiz ondan ibarətdir ki, Ukrayna müstəqil şəkildə öz yolunu seçəcək suveren, müstəqil, demokratik bir dövlət olaraq qalmalıdır”, – deyə o vurğulayıb.

Bundan əvvəl Avropa Komissiyasının sözçüsü Ariana Podesta Avropa İttifaqının Ukraynadakı münaqişənin həlli ilə bağlı növbəti danışıqlarda iştirak etməyi planlaşdırdığını bildirib.

Onun sözlərinə görə, yüksək səviyyəli nümayəndələrin iştirakı ilə çoxtərəfli formatda keçiriləcək danışıqlara Avropa İttifaqının da qoşulması gözlənilir. Podesta Avropa Komissiyası və ya Avropa Şurasının nümayəndələrinin bu prosesdə iştirak edə biləcəyini qeyd edib.

Aİ rəsmisi, həmçinin Avropa nümayəndələrinin bir neçə gün əvvəl Osloda keçirilən danışıqlarda iştirak etdiklərini xatırladıb. O bildirib ki, İttifaq Ukraynanın danışıqlarda mövqeyinin gücləndirilməsinə, eləcə də ədalətli və davamlı sülhün əldə olunmasına çalışır.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər