Dünyanın ən böyük sərnişin təyyarəsi Moskvaya enə bilmir
23 Oct 2026, 20:05
1 baxış
Admin
Dubaydan Moskvaya uçan Airbus A380 sərnişin təyyarəsi Domodedovo hava limanına eniş edə bilmədiyi üçün Penza vilayətinin səmasında dövrə vurur.
"Bakupost" APA-ya istinadən xəbər verir ki, bu barədə yerli KİV xəbər yayıb.
Məlumata əsasən, son bir neçə saat ərzində Ukrayna ordusu Moskva aeroportlarını dronlarla hədəfə alıb. Bundan sonra Rusiyanın Federal Hava Nəqliyyatı Agentliyi — “Rosaviasiya” Moskvanın hava məkanını tamamilə bağlayıb.
Nəticədə paytaxtın bütün hava limanlarında təyyarələrin uçuş və enişinə məhdudiyyətlər tətbiq olunub.
Mənbə:
bakupost.az