Şəhid qardaşı Avropa çempionatında ikinci oldu - Foto
23 Oct 2026, 19:51
1 baxış
Admin
İdmançımız Avropa çempionatında uğur qazanıb.
News24.az xəbər verir ki, Rumıniyanın paytaxtı Buxarestdə keçirilən natural bodibildinq və fitnes üzrə Avropa çempionatında Azərbaycanı təmsil edən Elmir Nuru oğlu Rzalı ikinci yeri tutub.
Əslən Yardımlı rayonunun Bilnə kəndindən olan E.Rzalı bu idman növü üzrə üçqat Azərbaycan çempionudur.
Qeyd edək ki, Elmir Rzalı Vətən müharibəsi şəhidi Əli Nuru oğlu Rzalının qardaşıdır.
Mənbə:
news24.az