Ermənistan çobanı Azərbaycana qaytarır
22 Oct 2026, 09:26
18 baxış
Admin
19 oktyabr 2026-cı il tarixində, təxminən saat 17:50-də, 1968-ci il təvəllüdlü, Tovuz rayonunun Çatax kənd sakini Yaşar Əli oğlu Qasımov Ermənistan Respublikası ərazisində (Tavuş rayonu) tapılıb.
"Bakupost" xəbər verir ki, bu barədə Ermənistan Milli Təhlükəsizlik Xidmətinin məlumatında bildirilib.
“Yoxlama tədbirləri nəticəsində Azərbaycan vətəndaşının Ermənistanda azdığı müəyyən edilib. Onun vətəninə qaytarılması üçün müvafiq tədbirlər görülür", - məlumatda qeyd olunub.
Mənbə:
bakupost.az