Digər

Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü

21 Oct 2026, 10:32 16 baxış Admin
Fransadakı səfirimiz Makronun xanımı ilə görüşdü

Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva həmin ölkənin birinci xanımı Bricit Makronun qadın diplomatlarla görüşündə iştirak edib.
“Bakupost” xəbər verir ki, bu barədə məlumatı L.Abdullayeva “X” hesabında paylaşıb.
Onun sözlərinə görə, nahar formatında təşkil edilən görüş zamanı qadınlar, uşaqlar, təhsil, sağlamlıq və digər məsələlər ətrafında müzakirələr aparılıb.
Səfir həmçinin paylaşımına tədbir zamanı B.Makronla çəkilən fotoları da əlavə edib.
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər