"Buna görə insanlardan qaçırdım"
21 Oct 2026, 01:24
22 baxış
Admin
“Heç kimə itki arzu etmirəm. Valideynlərim koronavirusdan dünyasını dəyişəndə çox narahat idim, insanlardan qaçırdım. Çünki “Allah rəhmət eləsin” sözünü eşitməyə hazır deyildim”.
News24.az xəbər verir ki, bu sözləri Əməkdar artist Səlim Abbasov “Qonaqcanlı” verilişində deyib.
Sənətçi uzunömürlü insanları görəndə qısqanclıq hissi keçirdiyini etiraf edib:
Ağlıma gəlməzdi ki, anam 59, atam isə 69 yaşında dünyasını dəyişər. Hərdən 90, 104 yaşında insanlar görürəm, sevinirəm, həm də qısqanıram. Deyirəm, kaş ki, mənim valideynlərim də bu qədər yaşayardılar”./axsam.az
Mənbə:
news24.az