İdman

15 yaşlı Ayşən 18 yaşlı tennisçilər arasında

19 Oct 2026, 13:38 20 baxış Admin
15 yaşlı Ayşən 18 yaşlı tennisçilər arasında

15 yaşlı Ayşən Kərimli tennis üzrə Respublika Birinciliyində 18 yaşlı idmançılar arasında birinci yeri tutub.
"Bakupost" xəbər verir ki, Bakı Tennis Akademiyasında keçirilən yarışın finalında Ayşən rəqibi Sofiya Məmmədovaya 6:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, oktyabrın 13-dən 17-dək davam edən Respublika Birinciliyində müxtəlif yaş kateqoriyaları üzrə tennisçilər birincilik uğrunda mübarizə aparıblar. Yarışın sonunda qaliblər medal və diplomlarla təltif olunublar.
Xatırladaq ki, Ayşən Kərimli son beş ildə yeniyetmələr və gənclər arasında keçirilən ölkə birinciliklərində bütün turnirlərin qalibi olub.
Lalə, BakuPost

Content Image
Content Image
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər