İdman

Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub etdi

18 Oct 2026, 17:17 20 baxış Admin
Premyer Liqa: "İmişli" "Turan Tovuz"u məğlub etdi

Misli Premyer Liqasında VIII turun daha bir oyunu keçirilib.

News24.az xəbər verir ki, günün ilk matçında "Turan Tovuz" səfərdə "İmişli" ilə üz-üzə gəlib.

Yevlax şəhər stadionundakı qarşılaşma meydan sahiblərinin qələbəsi ilə bitib - 1:0.

25-ci dəqiqədə Dioqo Rollo fərqlənib. Qələbə sayəsində xallarının sayını 7-yə çatdıran "İmişli" doqquzuncu pillədə qərarlaşıb. Tovuz təmsilçisi 14 xalla dördüncü sıradadır.

Günün və turun sonuncu matçında "Kəpəz" "Zirə"ni qəbul edəcək.

Xatırladaq ki, turun əvvəlki oyunlarında "Şamaxı" "Şəfa"nı (3:2), "Sumqayıt" "Araz-Naxçıvan"ı (2:1), "Sabah" - "Qəbələ"ni (4:0) məğlub edib. "Qarabağ" - "Neftçi" oyununda qalib müəyyənləşməyib - 3:3.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər