Şou biznes

Sel suları Alişanın evini də basdı - Foto

16 Oct 2026, 02:00 23 baxış Admin
Sel suları Alişanın evini də basdı - Foto

İstanbulda hökm sürən güclü yağışlar çoxsaylı ev və iş yerlərinin su altında qalmasına səbəb olub.

News24.az xəbər verir ki, zərərçəkənlər arasında məşhur müğənni Alişan da var.

Evini su basması səbəbindən çətin vəziyyətlə üzləşən Alişan aidiyyəti qurumların müdaxiləsindən sonra suyun təmizləndiyini bildirib.

“Allah xilasetmə qurumlarından razı olsun... Belimizə qədər su ilə dolmuş zirzəmizdəki bütün suyu boşaltmaq üçün üç saat vaxt sərf etdilər – var olsunlar”, - müğənni instaqram hesabında yazıb.


Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər