Özbəkistan Prezidenti Azərbaycana səfərə gəldi
14 Oct 2026, 18:42
20 baxış
Admin
Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 7-ci Zirvə Görüşündə iştirak etmək məqsədilə oktyabrın 14-də Azərbaycan Respublikasına səfərə gəlib.
News24.az xəbər verir ki, Heydər Əliyev Beynəlxalq Aeroportunda Özbəkistan Prezidentini Azərbaycanın Baş nazirinin müavini Şahin Mustafayev və digər rəsmi şəxslər qarşılayıblar.
Mənbə:
news24.az