Kamil Xasiyev Avstriya prezidenti ilə görüşdü
07 Oct 2026, 19:56
20 baxış
Admin
Azərbaycanın Avstriyadakı səfiri Kamil Xasiyev etimadnaməsini Avstriya Respublikasının Federal Prezidenti Aleksandr Van der Bellenə təqdim edib.
News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Avstriya və Sloveniyadakı səfirliyinin X sosial şəbəkə hesabında məlumat paylaşılıb.
"Səfir K.Xasiyev Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını cənab Aleksandr Van der Bellenə çatdırıb", - paylaşımda qeyd olunub.
Bildirilib ki, təqdimetmə mərasimi Prezident iqamətgahının yerləşdiyi Hofburq sarayında Azərbaycan və Avstriyanın dövlət himnlərinin sədaları altında fəxri qarovul qarşısında keçidlə sona çatıb.
Mənbə:
news24.az