Siyasət

Ceyhun Bayramov Türkmənistana yola düşdü

07 Oct 2026, 11:12 15 baxış Admin
Ceyhun Bayramov Türkmənistana yola düşdü

Xarici işlər naziri Ceyhun Bayramov Türkmənistanın Avaza şəhərinə işgüzar səfərə yola düşüb.

Bu barədə News24.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, səfər çərçivəsində nazir Ceyhun Bayramovun Müstəqil Dövlətlər Birliyinin (MDB) Xarici İşlər Nazirləri Şurasının iclasında və Mərkəzi Asiya dövlətləri və Azərbaycan Respublikasının xarici işlər nazirlərinin müşavirəsində iştirakı və çıxışları, eləcə də yüksək səviyyəli görüşlərinin keçirilməsi nəzərdə tutulub.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər