"Sabah" Litva klubuna uduzdu
06 Oct 2026, 23:08
20 baxış
Admin
"Sabah" basketbol komandası FIBA Çempionlar Liqasının müntəzəm mövsümündə ilk oyununa çıxıb.
News24.az xəbər verir ki, Azərbaycan çempionu A qrupundakı birinci qarşılaşmasını Litvada "Ritas"a qarşı keçirib.
Görüş rəqibin qələbəsi ilə yekunlaşıb - 82:73.
Xatırladaq ki, A qrupunda Fransanın "Nanter 92" və Türkiyənin "Trabzonspor" klubları da yer alıblar.
Mənbə:
news24.az