Digər

Qızıl bahalaşmağa başladı

05 Oct 2026, 13:21 21 baxış Admin
Qızıl bahalaşmağa başladı

Qızılın qiyməti ABŞ Federal Ehtiyat Sisteminin (FES) oktyabrda faiz artıracağı ilə bağlı gözləntilərin zəifləməsi fonunda yüksəlib.
“Bakupost” xəbər verir ki, spot qızılın qiyməti 0,4% artaraq 1 unsiya üçün 4 158,17 dollara çatıb. ABŞ qızıl fyuçersləri isə 0,6% bahalaşaraq 4 186,40 dollar olub.
ABŞ-də əmək bazarı ilə bağlı zəif göstəricilər investorların FES-in oktyabrda faiz artıracağı ehtimalını bir həftə əvvəlki 64%-dən 22%-ə endirməsinə səbəb olub. Dekabrda faiz artımı ehtimalı isə 87% olaraq qiymətləndirilir.
Vüsalə Hüseynova,BakuPost
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər