Bu ərazilərdə işıq olmayacaq - Xəbərdarlıq
05 Oct 2026, 00:21
29 baxış
Admin
Oktyabrın 5-də Yasamal rayonunda Transformator Məntəqəsində (TM) təmir işləri aparılacaq.
News24.az xəbər verir ki, bu barədə “Azərişıq”ASC məlumat yayıb.
Bildirilib ki, təmir işləri ilə əlaqədar saat 10:00-dan 13:00-dək Abbas Mirzə Şərifzadə, Məhəmməd Xiyabani və Mirəli Seyidov küçələri, Yeni Yasamal-1 yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət tətbiq olunacaq.
“Görüləcək işlər yekunlaşdıqdan sonra həmin ərazilərdə abonentlər daha keyfiyyətli və dayanıqlı elektrik enerjisi ilə təmin olunacaqlar”, - deyə məlumatda qeyd edilib.
Mənbə:
news24.az