Gəncədə yeniyetmələr pizzadan zəhərləndi
04 Oct 2026, 19:38
20 baxış
Admin
Gəncədə iki nəfər pizzadan zəhərlənib.
News24.az xəbər verir ki, zəhərlənənlər 15 yaşlı T.Alməmmədov və 15 yaşlı M.Salmanlıdır.
Onlar zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər. Hər iki şəxsə tibbi yardım göstərilib. Hazırda vəziyyətlərinin kafi olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.//apa
Mənbə:
news24.az