Dünya

Mirzoyan İrana gedir

04 Oct 2026, 01:21 25 baxış Admin
Mirzoyan İrana gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan bu gün İranın paytaxtı Tehrana səfər edəcək.

News24.az xəbər verir ki, bunu İran Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü İsmayıl Bəqai açıqlayıb.

"Ararat Mirzoyanın Tehrana səfəri ikitərəfli münasibətlərin genişləndirilməsi, həmçinin regional sülh və təhlükəsizliyin gücləndirilməsi məqsədilə İran-Ermənistan arasında davamlı məsləhətləşmələr çərçivəsində həyata keçirilir", - o bildirib.

Qeyd olunub ki, Ermənistanın xarici işlər naziri İran rəsmiləri ilə görüşdə Cənubi Qafqazda regional əməkdaşlıq barədə danışıqlar aparacaq.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər