Mədəniyyət

Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış etdilər

03 Oct 2026, 22:53 12 baxış Admin
Azərbaycanlı modellər "Fashion Culture Day in Paris"də çıxış etdilər

Azərbaycanlı modellər Fransanın paytaxtı Parisdə keçirilən "Fashion Culture Day in Paris"də kolleksiya təqdimatı ilə çıxış ediblər.

News24.az xəbər verir ki, bu barədə Azərbaycanın Fransadakı səfirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Yeni nəsil dizaynerlər "Fashion Culture Day in Paris"də Azərbaycanı ön plana çıxarıb", - paylaşımda bildirilib.

Səfirliyin dəstəyi ilə keçirilən dəb nümayişində Sevda Qadaşova, Aysel Hüseynova, Şəms Əbilsoy, Gülər Qurbanova, Anara Zakirli və Natəvan Əliyeva çıxış ediblər.

Qeyd edək ki, Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva da tədbirə qatılıb.N

Content Image
Content Image
Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər