"Fənərbağça"nın nümayəndələri Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdilər - FOTOLAR
03 Oct 2026, 16:31
23 baxış
Admin
"Turan Tovuz" və "Fənərbağça"nın nümayəndələri komandalar arasında keçiriləcək oyundan əvvəl Ulu Öndər Heydər Əliyevin məzarını və Şəhidlər Xiyabanını ziyarət ediblər.
Bu barədə News24.az-a Azərbaycan klubundan məlumat verilib.
Nümayəndə heyətləri Ulu Öndərin əziz xatirəsini ehtiramla yad edib, Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin məzarları önünə gül dəstələri qoyublar.
Mənbə:
news24.az