Digər

​Röyamızdakı kabuslar nədən xəbər verir? - Yuxu haqqında heyrətamiz bilgilər

03 Oct 2026, 15:34 21 baxış Admin
​Röyamızdakı kabuslar nədən xəbər verir? - Yuxu haqqında heyrətamiz bilgilər

Uzman doktor Turanə Rəsulovanın “BakuPost TV”də yayımlanan “Saturasiya” podkastının növbəti qonağı uzman psixiatr, psixoterapevt Elmir Təhməzov olub.
Biz niyə yuxu görürük?
İnsan yaranandan bəri cavabını axtardığı bu sual ədəbiyyat, fəlsəfə, tarix, mifologiya, tibb və digər elm sahələrində araşdırılıb.
Podkast boyunca yuxuların insanın şüuru və özü haqqında bilmədiyi məqamları üzə çıxarıb-çıxarmadığı, onların basdırılmış arzuların təzahürü, yoxsa gün ərzində toplanan informasiyanın nəticəsi olub-olmadığı müzakirə edilib.
Həmçinin reallaşdırılması insanda daxili qarşıdurma yaradan arzuların yuxularda özünü göstərməsi barədə danışılıb.Oyandıqdan sonra gördüyümüz yuxu haqqında ilk növbədə nə düşünməliyik və özümüzə hansı sualları verməliyik?
Elmir Təhməzov yuxulara psixiatr və psixoterapevt yanaşmasının fərqli olduğunu bildirib.
Onun sözlərinə görə, pasiyentin mütəmadi kabuslar görməsi və bunun gündəlik fəaliyyətinə təsir etməsi psixiatrik baxımdan artıq müdaxilə tələb edən vəziyyət kimi qiymətləndirilə bilər.
Psixoterapiyada isə yuxuya fərqli yanaşılır. Belə ki, yuxu gerçək hadisə kimi deyil, insanın daxili dünyasını anlamağa kömək edən material kimi araşdırıla bilər.
Daha ətraflı videomaterialda:

Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər