Siyasət

Kiyevdə həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək

28 Sep 2026, 13:02 18 baxış Admin
Kiyevdə həlak olan Azərbaycan vətəndaşının nəşi ölkəyə gətiriləcək

Dünən 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub.

News24.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq, Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, həlak olan Azərbaycan vətəndaşının nəşinin ölkəmizə gətirilməsi istiqamətində Azərbaycanın Ukraynadakı Səfirliyi tərəfindən müvafiq konsulluq yardımı göstərilir.

Qeyd edək ki, Ukrayna Prezidenti Volodimir Zelenski X sosial şəbəkəsində Rusiyanın Kiyevə hücumları nəticəsində ölənlər arasında Azərbaycan vətəndaşının olduğu ilə bağlı məlumat paylaşıb.

Mənbə: news24.az
Paylaş:

Oxşar Xəbərlər