Ukrayna ordusu Rostov vilayətində optik-mexanika zavodunu vurdu
26 Sep 2026, 16:27
1 baxış
Admin
Ukrayna Müdafiə Qüvvələri Rusiyanın Rostov vilayətinin Azov şəhərində yerləşən Azov Optik-Mexanika Zavodunun istehsal güclərini vurub.
"Bakupost" xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Qüvvələrinin Baş qərargahı məlumat yayıb.
Bildirilib ki, Ukrayna istehsalı olan "Neptun" qanadlı raketləri ilə vurulan zavodun ərazisində yanğın qeydə alınıb, həmçinin beş istehsalat binasında avadanlıqlar zədələnib. pizza hut
Qeyd edək ki, Azov Optik-Mexanika Zavodu Rusiyanın “Taktiki Raket Silahları” korporasiyasının tərkibinə daxildir. Müəssisə optik-mexaniki və optik-elektron məhsullar, artilleriya, raket və tank əleyhinə silahların komplektləşdirilməsi üçün elektron sistemlər, həmçinin taktiki idarə olunan raketlər üçün radiolokasiya özütuşlama başlıqları istehsal edir.
Mənbə:
bakupost.az