Üç ölkənin hərbçiləri taktiki fəaliyyətləri yerinə yetirdi
25 Sep 2026, 21:10
5 baxış
Admin
Azərbaycan Respublikasında keçirilən “Birliyin Gücü – 2026” birgə hərbi təlimində məşqlər uğurla davam edir.
"Bakupost" xəbər verir ki, təlimin planına uyğun olaraq, şəxsi heyətin müxtəlif şəraitlərdə fəaliyyət imkanlarının təkmilləşdirilməsi, bölmələr arasında qarşılıqlı fəaliyyətin və idarəetmənin əlaqələndirilməsi məqsədilə bir sıra praktiki məşqlər icra edilib.
Məşqlər zamanı atəş dəstəyi altında himayəli irəliləmə, zirehli texnikadan istifadə etməklə müxtəlif ərazilərdə əməliyyatların keçirilməsi üzrə tapşırıqlar yerinə yetirilib.
Şəxsi heyət təlim tapşırıqlarını təhlükəsizlik qaydalarına riayət edərək uğurla icra edib, bölmələrin koordinasiyası və fəaliyyətlərinin uzlaşdırılması üzrə praktiki vərdişlər təkmilləşdirilib.
Məşqlərin keçirilməsində əsas məqsəd şəxsi heyətin peşəkarlıq səviyyəsinin yüksəldilməsi, iştirakçı ölkələrin hərbi qulluqçularının müxtəlif şəraitlərdə koordinasiyalı fəaliyyətlərə hazırlığının artırılması və qarşılıqlı fəaliyyət imkanlarının təkmilləşdirilməsidir.
Mənbə:
bakupost.az