Bu avtobusların hərəkət sxemi dəyişdirildi
25 Sep 2026, 13:56
1 baxış
Admin
Bakının Suraxanı rayonunun İlqar Musayev küçəsində aparılan təmir işləri ilə əlaqədar nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq olunub.
Bu barədə "Bakupost"a Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) məlumat verilib.
Bildirilib ki, məhdudiyyət səbəbindən 50 və 64 nömrəli müntəzəm marşrutların hərəkəti Lütfi Zadə, Səməd bəy Mehmandarov və Abbas Fətullayev küçələri ilə təşkil edilib.
Mənbə:
bakupost.az