Cəmiyyət

Alüminium folqa, balıq, ət məhsulları: Ermənistan Azərbaycana nə göndərmək istəyir?

25 Sep 2026, 09:00 2 baxış Admin
Alüminium folqa, balıq, ət məhsulları: Ermənistan Azərbaycana nə göndərmək istəyir?

Ermənistandan Azərbaycana alüminium folqa ixracı iki ölkə arasında ticarət əlaqələrinin genişlənməsi baxımından yeni imkanlar yarada bilər.
Mövzu ilə bağlı iqtisadçı Natiq Cəfərli “Bakupost”a bildirib ki, Azərbaycan Ermənistana təxminən 16 milyon dollar dəyərində məhsul ixrac edib. Əsasən enerji daşıyıcıları, o cümlədən dizel və benzin satılıb. Ermənistandan Azərbaycana isə hələlik çox az həcmdə məhsul gətirilib.

Onun sözlərinə görə, Ermənistan hökuməti Azərbaycana ixrac etmək istədiyi məhsulların siyahısını təqdim edib.
N.Cəfərli qeyd edib ki, Azərbaycana hansı məhsulun sərfəli qiymət və uyğun keyfiyyətlə təqdim olunması mümkündürsə, onun idxalında problem görmür.
İqtisadçı hesab edir ki, belə ticarət əlaqələrinin genişlənməsi iki ölkə arasında münasibətlərin normallaşmasına və sülh prosesinə də dəstək verə bilər.
N.Cəfərli bildirib ki, alüminium folqanın Ermənistandan Azərbaycana gətirilməsinin səbəbi məhsulun qiymətinin və şərtlərinin Azərbaycan üçün sərfəli olması ola bilər. Onun sözlərinə görə, Ermənistanın təqdim etdiyi siyahıda kənd təsərrüfatı, balıqçılıq və ət məhsulları da var. Azərbaycanda bu məhsullara ehtiyac yarandığı, qiymət və keyfiyyət baxımından uyğun olduğu halda onların da idxalı mümkündür.
Vüsalə Hüseynova,BakuPost
Content Image
Mənbə: bakupost.az
Paylaş:

Oxşar Xəbərlər