“Birliyin Gücü - 2026" birgə hərbi təliminin hazırlıq məşqləri oldu – VİDEO
“Birliyin Gücü - 2026" birgə hərbi təliminin növbəti mərhələsinin hazırlıq məşqləri keçirilib.
Müdafiə Nazirliyindən News24.az-a verilən xəbərə görə, məşqlər Xəzər dənizinin Azərbaycan Respublikasına məxsus akvatoriyasında yerləşən "Böyük Zirə" təlim sahəsində təşkil olunub.
HDQ-nin gözətçi və desant gəmiləri cəlb olunan hazırlıq prosesində hər üç ölkənin hərbi qulluqçuları fəal iştirak ediblər.
Təlimdə dəniz və sahil infrastrukturunun mühafizəsi, terrorçular tərəfindən ələ keçirilmiş gəminin və girovların azad edilməsi, ərazinin minalardan təmizlənməsi, adaya dəniz desantının çıxarılması, terrorçu bazasının məhv edilməsi, eləcə də yaralıya ilkin tibbi yardımın göstərilməsi və təxliyəsi üzrə tapşırıqlar yerinə yetirilib.
Qeyd edək ki, təlimin əsas məqsədi dost və müttəfiq ölkələrin orduları arasında xüsusi əməliyyatların keçirilməsi sahəsində təcrübə mübadiləsinin aparılması, qarşılıqlı fəaliyyətlərin təşkili üzrə bacarıqların təkmilləşdirilməsidir.