Metroda PULSUZ giriş: Niyə məhz bu iki stansiya?
23 Sep 2026, 09:13
2 baxış
Admin
Bu gündən etibarən Bakı Metropoliteni QSC-nin "Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti pulsuz olacaq.
Bu qərarın niyə məhz bu stansiyalara giriş üzrə tətbiq olunması müəyyən suallar doğurur.
Bu barədə nəqliyyat eksperti Rauf Ağamirzəyev “Bakupost”a bildirib ki, şəhərə əsas axınlardan biri şimal istiqamətdən - Sumqayıt və Xırdalandandır. Əgər müəyyən sayda insan bu imkandan yararlanarsa, şəhərə gələn axının bir hissəsini metro öz üzərinə götürər.
O qeyd edib ki, “Avtovağzal” metrostansiyası üzərindən “Memar Əcəmi”yə qədər gedərək yaşıl xətt ilə davam etmək olar. Həmçinin “8 Noyabr”a da getmək olar ki, oradan şəhərin fərqli nöqtələrini əlaqələndirən 7a, 7b, 52, 61, 67, 83, 199, 211 nömrəli marşrutlar hərəkət edir.
“Düşünürəm ki, növbəti mərhələlərdə “28 May“ və “Gənclik” istiqamətindən “8 Noyabr” stansiyasına da ekspres marşrutların təşkili məsələsinə baxmaq olar. Bir şərtlə ki, avtobus zolaqlarının da bu marşrutlar üzrə imkanları dəyərləndirilsin. “8 Noyabr” stansiyası yeni olduğu üçün daha çox sərnişin qəbul etmək imkanı var. Sərnişinlərin paylaşılması nöqteyi-nəzərindən şəhərə gələn axının fərqli istiqamətlərə yönləndirilməsi mənasında bu bir strateji həll yoludur” , - deyə ekspert əlavə edib.
“Belə hesab edirəm ki, bu növ addımların ardı gələcək. İndiki halda vəziyyətə uyğun operativ qərarlar verilir. AYNA əlindəki imkanları səmərəli istifadə edir və metro da öz növbəsində bənövşəyi xəttin imkanlarının istifadəsinə zəmin yaratmış olur”, - o vurğulayıb.
Xanım SəbuhiBakuPost
Mənbə:
bakupost.az